Şəhid anası da tələbə adını qazandı - Foto

sehid-anasi-da-telebe-adini-qazandi
Oxunma sayı: 1095

Xəbər verdiyimiz kimi, ötən gün ali məktəbə daxil olanların siyahısı açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, tələbə adı qazananlardan biri də Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyevadır.

M.Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. O bundan öncə kollec təhsili alıb.

Qeyd edək ki, Xalid Hassan 2020-ci il noyabrın 4-ü Vətən müharibəsində Ağdərə istiqamətində şəhid olub. O, ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.