Ötən gün Heydər Əliyev sarayında ilk dəfə ƏSA Teatrının təqdimatında “Paris Notr-Dam” musiqili tamaşası nümayiş olundu.
“Qafqazinfo” xəbər verir ki, Viktor Hüqonun ölməz əsəri əsasında hazırlanan tamaşa 40-dan çox aktyorun iştirakı və möhtəşəm ifası ilə baş tutdu.
Layihə rəhbəri və quruluşçu rejissoru Nihad Qulamzadə olan tamaşada Elsevər Rəhimov (Kvazimodo), Lalə Süleymanova (Esmeralda), Elşən Əskərov (Frollo), Elçin Nurəliyev (Feb), Səmayə Qulamzadə (Flör-de-Lis), Əbülfəz İskəndərov (Klopin), Bəhram Rəhimli (Heykəl) kimi aktyorlar fransız musiqisinin sehirli ahəngini və orta əsrlər Parisinin özünəməxsus ruhunu səhnəyə gətirdi.
İşıq effektləri, səhnə tərtibatı və kostyumların zərif detalları tamaşaya xüsusi estetik çalar qataraq izləyənləri fərqli bir dövrə apardı. Musiqi ilə dramatik xəttin vəhdəti isə səhnədə baş verənləri daha təsirli və yaddaqalan etdi.
Tamaşa boyu aktyorların canlı ifası və emosional təqdimatı obrazların daxili dünyasını tamaşaçıya daha yaxın hiss etdirdi və səhnədəki hər detal ümumi harmoniyanın bir parçasına çevirildi.
Əminəm ki, Heydər Əliyev sarayının səhnəsində “Paris Notr-Dam” fonunda səslənən hər not hələ uzun müddət yaddaşlarda susmayacaq. Əgər siz də bu sehrə qapılmaq istəyirsinizsə, 16 aprel və 26 iyunda təkrar nümayiş olunacaq tamaşanı qaçırmayın...
Gülşən Raufqızı
Fotolar: Pərvin Zeynal



























Son xəbərlər
Son Xəbərlər