Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var

sekide-canavar-kende-hucum-etdi
Oxunma sayı: 695

Şəkinin Bideyiz kəndində canavar insanlara hücum edib.

“Qafqazinfo” xəbər verir ki, nəticədə 5 nəfər xəsarət alıb.

Canavarın kənddə vahimə yaratdığı bildirilir. Dövlət qurumları hadisə barədə məlumatlandırılıb. 

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Xəsarət alan 5 nəfər xəstəxanaya aparılıb.