Şəkidə iki avtomobil toqquşdu - Yaralılar var

sekide-iki-avtomobil-toqqusdu
Oxunma sayı: 1008

Şəkidə iki avtomobil toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki–Qax avtomobil yolunun rayonun İncə kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb və onlar əraziyə çağırılmış Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılaraq, əraziyə cəlb olunmuş təcili yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov