Şəkidə maşınlar toqquşdu - Bir ailənin 4 üzvü yaralandı+Video

sekide-masinlar-toqqusdu
Oxunma sayı: 393

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin M.Ə.Rəsulzadə prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota” və “VAZ-2107” markalı iki minik avtomobilləri toqquşub.

Nəticədə avtomobillərdən birində olan bir ailənin dörd üzvü xəsarət alaraq, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov