Şəkidə qəza oldu - Xəsarət alanlar var

sekide-qeza-oldu
Oxunma sayı: 387

Şəki rayonunda üç nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına götə, hadisə gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində avtomobildə olan Oğuz rayon sakinləri – 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı Rahim Yaqub oğlu Salamov xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Onların müayinə və müalicəsi hazırda xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov