“Səkkiz müharibəni bitirdim” - Tramp

sekkiz-muharibeni-bitirdim
Oxunma sayı: 1401

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanmasının “növbədə” olduğunu bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu sözləri 2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasimində çıxışı zamanı deyib.

O, Birləşmiş Ştatların cəlb olunduğu münaqişələrə toxunaraq bildirib:

“Mən səkkiz müharibəni bitirdim və növbədə doqquzuncusudur”.

Qeyd edək ki, DÇ-2026-nın püşkatma mərasimindən öncə Ağ Ev rəhbərinə FIFA Sülh Mükafatı təqdim olunub.