Sel suları Balakəndə körpünü dağıtdı - Fotolar

sel-sulari-balakende-korpunu-dagitdi
Oxunma sayı: 1628

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraitinin hökm sürməsi bir sıra fəsadlar yaradıb.

“Qafqazinfo”nun məlumatına görə, Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən Hunbul çayından səhər saatlarında sel keçib.

Sel çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız vəziyyətə salıb.

Nəticədə avtomobil və piyadaların gediş-gəlişi müvəqqəti olaraq dayanıb.

Hazırda aidiyyəti qurumlar ərazidə işlər aparır.

Mübariz Muradov