Sel suları Tovuzda evi uçurdu - Foto

sel-sulari-tovuzda-evi-ucurdu
Oxunma sayı: 1843

Sel suları Tovuzda evi uçurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Əsrik Cırdaxan kəndində qeydə alınıb.

Sel suları kənd sakini Mübariz Abulovun yaşadığı evi uçurub. Hadisə zamanı evinin qarşısında “VAZ 2107” markalı avtomobildə olan kənd sakini avtomobildə sıxılı vəziyyətdə qalıb. Onu avtomobildən qonşuları çıxarıb.

Məlumat üçün qeyd edək ki, qərb bölgəsində aramsız yağışlar gün ərzində davam edib.

Yunis Quliyev