Şəmkir su anbarında batan var - Video

semkir-su-anbarinda-batan-var
Oxunma sayı: 1405

Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987- cil təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlu batıb. 

FHN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, onun balıq ovuna çıxdığı ehtimal olunur. 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış dərhal qrupu axtarışlara cəlb olunub.

Hazırda axtarış işləri davam etdirilir.