Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.
“Qafqazinfo” xəbər verir ki, zəhərlənmə rayondakı restoranlardan birində qeydə alınıb.
İlkin ehtimala görə, məclisdə yedikləri salatdan zəhərlənən 11 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:
- Mədinə İsmayılova (1995);
- Sevil Cəlilova (1994);
- Gülbəniz Cəlilova (1973);
- Leyla Qurbanova (2007);
- Rüfət Qurbanov (1999);
- Türə Daşdəmirova (1999);
- Famil İsgəndərov (1994);
- Aysu Abbasova (2015);
- Rüxsarə İsgəndərova (1967);
- Fatimə İsgəndərova (1999);
- Rasim Şirininov (1999).
Faktla bağlı araşdırma başlanılıb.
***
Əldə etdiyimiz məlumata görə, zəhərlənmə Şəmkirin Keçili kəndindəki “Narlın Qala” restoranında qeydə alınıb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib.
Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər