Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.
“Qafqazinfo” xəbər verir ki, Sərxanlı kənd sakini, 2015-ci il təvəllüdlü S.H (Ad şərtidir) Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub.
Əməliyyatdan bir neçə gün sonra onun vəziyyəti qəfil pisləşib və həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə avqustun 26-sı saat 10:00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub: “2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası, xroniki tonzilit diaqnozları təyin olunub və cərrahi əməliyyat icra edilib.
Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.
Avqustun 27-si saat 08:30 və 12:10 radələrində pasiyentdə qanaxma müşahidə olunub.
Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və avqustun 27-si saat 13:40 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib”.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər