ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar üçün Konqresin təsdiqini tələb edən qanun layihəsini rədd edib.
“Qafqazinfo” xəbər verir ki, demokratlar tərəfindən təqdim olunan qanun layihəsi 53 əleyhinə səslə rədd olunub, 47 senator isə lehinə səs verib.
Respublikaçı senator Rand Paul partiya xəttindən kənar çıxaraq, qanun layihəsinə dəstək verib, demokrat senator Con Fetterman isə layihəyə qarşı olub.
Qeyd edək ki, bu səsvermə ABŞ və İsrailin İrana qarşı hücumlara başlanandan sonra Konqresdə keçirilən ilk müvafiq səsvermədir. 1973-cü il Müharibə Səlahiyyətləri Qanunu prezidentin hər hansı bir ölkəyə qarşı müharibəyə başlamazdan əvvəl Konqresi məlumatlandırmasını tələb edir.
Bu həftə Nümayəndələr Palatasında oxşar qanun layihəsinin səsverməyə çıxarılması gözlənilir. Lakin Respublikaçıların üstünlük təşkil etdiyi palatada onun qəbul edilmə ehtimalı aşağı hesab olunur.
Son xəbərlər
Son Xəbərlər