Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısını salamlayan qadın sakin dedi: Sənin boyuna qurban, canım sənin boyuna qurban.
Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz? Necə yerləşmisiniz burada?
Sakinlər: Yaxşı.
Prezident İlham Əliyev: Yaxşıdır hər şey?
Sakinlər: Yaxşıdır.
Prezident İlham Əliyev: Allaha şükür. Təbrik edirəm sizi.
Sakinlər: Sağ olun.
Prezident İlham Əliyev: Artıq üç gündür ki, Ağdərə rayonunun dörd kəndinə yerləşmisiniz. Bu münasibətlə sizi təbrik edirəm.
Son xəbərlər
Son Xəbərlər