SEPAH daha bir qırıcını vurdu

sepah-daha-bir-qiricini-vurdu
Oxunma sayı: 570

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində müasir qırıcı təyyarəni vurduğunu elan edib.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, hadisə Qeşm adasının cənubunda baş verib.

“Bir neçə dəqiqə əvvəl ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsi tərəfindən idarə olunan SEPAH Dəniz Hava Hücumundan Müdafiə Sistemi düşmənin müasir qırıcı təyyarəsini uğurla hədəfə alaraq məhv edib”, – qurumun yaydığı rəsmi bəyanatda bildirilir.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar davam edir. Tehran buna cavab olaraq İsrailə, eləcə də Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-də yerləşən Amerika hərbi bazalarına raket və PUA-larla zərbələr endirib.

Məlumat üçün bildirək ki, bu, İranın müasir Amerika texnikasını vurduğu ilk hal deyil. Mart ayında da İran tərəfi ABŞ-nin “görünməz” hesab edilən “F-35” gizli qırıcı-bombardmançı təyyarəsini vurduğunu açıqlamışdı.