SEPAH Pakistana ilk dəfə raket hücumu etdi

sepah-pakistana-ilk-defe-raket-hucumu-etdi
Oxunma sayı: 3436

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

“SEPAH “Ceyş əl-Ədl” terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz uçuş aparatı ilə hücum edib”, - məlumatda deyilir.

Qeyd olunur ki, hücum Pakistanın İranla həmsərhəd olan Bəlucistan əyalətinə olub. Bu, İranın Pakistan ərazisinə ilk raket hücumudur.