Serbiya Prezidenti istefa verdi

serbiya-prezidenti-istefa-verdi
Oxunma sayı: 1208

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdiyini açıqlayıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bununla da onun ikinci və sonuncu beşillik prezidentlik müddəti başa çatıb və ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə yol açılıb.

Vuçiçin istefası onun prezident postunda ikinci və sonuncu müddətinin başa çatması fonunda baş verib.

Qeyd edək ki, Vuçiç daha əvvəl oktyabrın 25-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlamış və həmin seçkidə baş nazir vəzifəsinə namizəd olacağını bildirmişdi.