Sərnişin avtobusu yük maşını ilə toqquşdu - Yaralı var+Fotolar

sernisin-avtobusu-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 1349

Gəncədə yük avtomobili sərnişin avtobusu ilə toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Qəza zamanı 1992-ci il təvəllüdlü Vüqar Verdiyev müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb

Yunis Quliyev