“Səs Azərbaycan”ın aparıcısı bəlli oldu

ses-azerbaycanin-aparicisi-belli-oldu
Oxunma sayı: 3313

İctimai televiziyanın (İTV) efirində start götürəcək “Səs Azərbaycan” şousunun aparıcısı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, proqramın təqdimatı Azər Süleymanlıya həvalə olunub.

Qeyd edək ki, şounun ustadları arasında Xalq artistləri Brilliant Dadaşova və Tünzalə Ağayeva, “Avroviziya-2011” beynəlxalq mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, bəstəkar-müğənni Murad Arif yer alıb.