Səudiyyə Ərəbistanındakı bir aviabazaya hücum edildi

seudiyye-erebistanindaki-bir-aviabazaya-hucum-edildi
Oxunma sayı: 411

Husilər Səudiyyə Ərəbistanının cənubundakı Xamis Muşait şəhərində yerləşən Kral Xalid Hava Bazasına zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Saria “Əl-Məsirə” telekanalında məlumat verib.

“Biz Xamis Muşaitdəki Kral Xalid Hava Bazasına qarşı genişmiqyaslı hərbi əməliyyat həyata keçirdik. Zərbələr dəqiq oldu və ciddi ziyan vurdu”, - Hərəkatın sözçüsü bildirib.

Saria əlavə edib ki, hədəfə radarlar, təyyarə anqarları, sursat anbarları və uçuş-enmə zolaqları alınıb.

Onun sözlərinə görə, əməliyyatda onlarla raket və pilotsuz uçuş aparatı (PUA) istifadə olunub. Husilərin sözçüsü qeyd edib ki, bu zərbə Yəmənə edilən hücumlara cavab olaraq həyata keçirilib.