Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi

sevgilisini-bicaqlayib-masinla-uzerinden-kecdi
Oxunma sayı: 4587

Goranboyda qadın bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb.

Lerik rayon sakini 1990-cı il təvəllüdlü Samir Akif oğlu İbrahimovun qeyri-rəsmi münasibətdə olduğu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü G.F.-nin bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub, sonra avtomobillə üzərindən keçdiyi bildirilir.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev