Seyidbəylidə ilk toy - Fotolar

seyidbeylide-ilk-toy
Oxunma sayı: 528

34 illik fasilədən sonra - bu gün Xocalının Seyidbəyli kəndində toy çadırı qurulub.

“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsi iştirakçısı Sərdar Ramazanov Aişə xanımla ailə qurur.

Bildirilib ki, uzun illər məcburi köçkün həyatı yaşayan Əsədova Əziz Möhübət qızı “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişovanın toyunu doğma yurdda keçirib.

İllərlə məcburi köçkün kimi Şəkidə yaşayan ailə üçün bu toy sadəcə xoşbəxt bir gün deyil, həm də Qarabağın dirçəlişini və həyatın doğma torpaqlara qayıdışını göstərən bir gündür.

Qeyd edilib ki, S.Ramazanov Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.