Şeyxin yeni müavini o oldu

seyxin-yeni-muavini-o-oldu
Oxunma sayı: 4881

Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib.

Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub.

A.Paşazadə bildirib ki, bu təyinat QMİ-də daha bir müavinə ehtiyac olduğuna görə həyata keçirilib.

Qeyd edək ki, C.Rüstəmov həm də Nərimanov rayonu Cümə məscidinin imamıdır.