Avstraliyanın Sidney şəhərində yerləşən bir çimərlikdə silahlı hücum baş verib.
“Qafqazinfo” “ABC News”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfərin yaralandığı, iki şübhəlinin isə saxlanıldığı bildirilir.
Yeni Cənubi Uels polisi Bondi çimərliyində silahlı insidentin qeydə alındığını təsdiqləyib.
Açıqlamada davam edən istintaq çərçivəsində iki nəfərin saxlanıldığı və əhaliyə hadisə yerindən uzaq durmaları ilə bağlı çağırış edildiyi qeyd olunub.
Avstraliyanın Baş naziri Entoni Albanesenin ofisinin adı açıqlanmayan sözçüsü baş nazirin hadisə barədə məlumatlandırıldığını bildirib və ictimaiyyəti polis orqanlarının göstərişlərinə əməl etməyə çağırıb.
***
Baş verən atışma nəticəsində 10 nəfər həlak olub, təxminən 60 nəfər isə yaralanıb.
***
Həlak olanların sayı 12 nəfərə yüksəlib.





Son xəbərlər
Son Xəbərlər