Silahlı hücumdan əvvəl belə xəbərdarlıq edibmiş... - Foto

silahli-hucumdan-evvel-bele-xeberdarliq-edibmis
Oxunma sayı: 2991

Bu gün Türkiyənin Şanlıurfa vilayətində liseydə baş verən silahlı hücumla bağlı yeni detallar məlum olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisəni törədən 19 yaşlı Ömer Ket hücumdan bir neçə gün əvvəl sosial şəbəkələrdə təhdid xarakterli paylaşımlar edib. 

Belə ki, liseyin keçmiş məzunlarından olan Ö.Ket instaqram hesabındakı paylaşımlarında “Hazır olun, bu məktəbdə bir neçə gün sonra hücum olacaq”, “Maskanın altındakı təbəssümün real olduğunumu düşünürsünüz?” kimi ifadələr yer alıb.

İnsidentlə bağlı araşdırmalar davam edir.

Xatırladaq ki, Ömer Ket avtomatla liseyə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Hadisə zamanı aralarında şagird və müəllimlərin də olduğu 16 nəfər xəsarət alıb. Ö.Ket daha sonra eyni silahla özünə atəş açaraq intihar edib.