Şimşək çaxıb, leysan yağıb

simsek-caxib-leysan-yagib
Oxunma sayı: 1031

Əksər rayonlarda hava şəraiti, əsasən, yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntının miqdarı Ağstafada 15, Balakəndə 11, Zaqatalada 8, Qaxda (Sarıbaş) 7, Gədəbəydə 6, Tovuz, Ceyrançöldə 2, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Qusar, Şahdağda 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 20 m/s-yə çatır.