Moskva sakini BMW şirkətindən avtomobilindəki sınmış ventilyatora görə 400 milyon rubldan (təxminən 8.4 milyon manat) çox pul mükafatı alıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı iş adamı sahib olduğu X7 avtomobilinin ön oturacaqlarının havalandırma dəliklərindəki problemlərlə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə əvvəlcə hissə dəyişdirilənə qədər cərimələrin hesablanması barədə qərar çıxarıb, lakin şirkət apelyasiya şikayəti verib və qərar ləğv edilib.
Kişi Ali Məhkəməyə qədər gedib və orada onun tərəfini tutaraq təzminat tələb ediblər.
Məlumata görə, o, avtomobili 2021-ci ildə 11 milyon rubla (təxminən 233 min manat) alıb və təzminatın yarısını Rusiya ordusu üçün dronların alınmasına bağışlamağı planlaşdırır.
Son xəbərlər
Son Xəbərlər