Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Məlikova Sərvinaz Mübariz qızı vanna otağında olarkən dəm qazından boğularaq ölüb.
Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər
