Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə, qəza şəhərin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb.
Hadisə zamanı “Hyundai” markalı yük avtomobili ilə “Xəzər” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində həyatını itirib.
Digər yaralı ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Şirvanda minik avtomobili ilə yük avtomobilinin toqquşması zamanı ölən və yaralananın kimliyi məlum olub.
Belə ki, qəza zamanı yaralanan şəxs Şirvan sakini, 1978-ci il təvəllüdlü İsgəndərov Çingiz Həsənalı oğlu, ölən şəxs isə onun həmyerlisi Şirvan şəhər sakini, 1970-ci il təvəllüdlü Mehtiyev Elman Mikayıl oğlu olub.
Ziya Əmirxanlı

Son xəbərlər
Son Xəbərlər