“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov maraqlı açıqlamaları ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, o, “11 Adam” podkastına Azərbaycan çempionatının bugünkü səviyyəsindən danışıb.
S.Abasov hazırkı liqanın əvvəlkilərdən daha zəif olduğunu bildirib: “Hazırkı çempionat öncəkilərdən daha zəifdir. Çünki komandaların arasında uçurum var. Yəni futbolçuların səviyyəsi çox fərq yaradır”.
Təcrübəli məşqçi həmçinin ölkə xaricinə getmək istədiyini bildirib. O, jurnalistərdən qaçmaq istədiyini deyib: “Xaricə getmək mənə uyğundur. Çünki jurnalistlərin əlindən rahat olacağam”.
Son xəbərlər
Son Xəbərlər