Slovakiyada atışma - Baş nazir yaralandı - Video

slovakiyada-atisma
Oxunma sayı: 8166

Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 59 yaşlı siyasətçi xəstəxanaya çatdırılıb.

Fitsonun başından və qarnından yaralandığı, atəş açan şəxsin isə saxlanıldığı bildirilir.

İlkin məlumata görə, hadisə Slovakiya Nazirlər Kabinetinin iclasından sonra baş verib. Belə ki, Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə atəş səsi eşidilib. 

Qeyd edək ki, R.Fitso 2023-cü ildən Slovakiyanın Baş naziridir. O, bundan əvvəl 2006-2010 və 2012-2018-ci illərdə də bu vəzifəni icra edib.