“Saxara” gözəllik salonunda işçilərdən xadimə, ofisiant kimi istifadə edilməsi ilə bağlı iddialar var.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şikayətçi “APA TV”yə danışıb.
Onun sözlərinə görə, salonda SMM olaraq fəaliyyətə başlasa da, ondan başqa işlər görülməsi tələb edilib/
“Əvvəlcə demişdilər ki, əmək müqaviləsi də olacaq, lakin olmadı. Ümumiyyətlə “Blue Mall” filialındakı heç bir işçinin əmək müqaviləsi yox idi. Maaşımın da yarısını kartdan-karta göndərdilər, sonra dedilər ki, “işə sabahdan gəlmə”. Maaşımın tam hissəsini tələb etsəm də, vermədilər. Bizə nahar fasiləsi də verilmirdi. Müştərilərə çayı biz gətirirdik. Masaj otaqlarının yığışdırılması, otağa nəzarət etmək kimi tələblər var idi. “Matrix” qabının içinə “Hacı Şakir”i doldururdular. Saç baxımını elə edirdilər. Bizi xadimə, ofisiant kimi istifadə edirdilər. Bunlardan narazılığımı bildirdikdə isə mənə hədə-qorxu gəldilər”.
İddialarla bağlı “Saxara” gözəllik salonunun rəhbəri Sərxan Qulamlı bildirib ki, məsələdən xəbərdar deyil, və bu, qarayaxma kampaniyasıdır.
Daha ətralı videomaterialda:
Son xəbərlər
Son Xəbərlər