Snoop Doggdan Azərbaycana hörmətsizlik

snoop-doggdan-azerbaycana-hormetsizlik
Oxunma sayı: 10041

Tanınmış repçi Snoop Dogg öz paylaşımında Azərbaycanın ərazisini Ermənistan ərazisi kimi təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı instaqram hesabında paylaşım edib.

Belə ki, o, Azərbaycanın Qarabağ bölgəsini “Artsax” adlandırıb: “Əziz erməni xalqı, mən sizi düşünürəm və Ermənistanda, “Artsax”da və bütün dünyada yaşayan ermənilərə öz sevgimi göndərirəm. Hər kəsə sevgi, sülh və möhkəm olmağı arzulayıram. Sentyabrın 23-də gələcəyəm”.