Şöbə müdirinin 127 minlik dələduzluğu ifşa olundu

sobe-mudirinin-127-minlik-deleduzlugu-ifsa-olundu
Oxunma sayı: 4406

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin Məktəbəqədər və sosial iş şöbəsinin müdiri vəzifəsində çalışmış Gülnarə İsgəndərovanın qanunsuz hərəkətləri barədə cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müəyyən olunub ki, Gülnarə İsgəndərova 2017-ci ildə  müvafiq vəzifəyə təyin edilib işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Tibb Universitetinin bir neçə əməkdaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə ümumilikdə 21 nəfərdən Azərbaycan Dövlət Tibb Universitetində müxtəlif yardımçı vəzifələrə düzəltmək adı ilə 126 500 manat məbləği ələ keçirərək vətəndaşlara qarşı dələduzluq edərək rüşvət verməyə təhrik edib, vətəndaşların universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Azərbaycan Tibb Universiteti adından saxta əmrlər hazırlayıb. 

Bununla da, Humanitar Kollecdə çalışmış vəzifəli şəxs Korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verib və qanunvericilik tələblərinə riayət etməyib. 

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayət işi ilə araşdırmalara başlayıb.