Şöbə rəisi vəzifədən azad edildi

sobe-reisi-vezifeden-azad-edildi
Oxunma sayı: 2051

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişikliyi baş verib.

“Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, qurumun Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Pərviz Hüseynov vəzifəsindən azad edilib.

Bununla bağlı SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov Əmr imzalayıb.

Qurumdan sayta bildirilib ki, P.Hüseynov xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad edilib.

Digər Əmrə əsasən, polkovnik-leytenant Ruslan Əhmədov Tərtər rayon şöbəsinə rəis əvəzi vəzifəsinə müvəqqəti təyinat alıb.

Qeyd edək ki, Pərviz Hüseynov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsində çalışırdı.