SOCAR İtaliya millisinin sponsoru olacaq

socar-italiya-millisinin-sponsoru-olacaq
Oxunma sayı: 686

SOCAR ilə İtaliya Futbol Federasiyası (FİGC) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FİGC-ın rəsmi saytı məlumat yayıb. 

Məlumata əsasən SOCAR 5 il ərzində İtaliyanın kişi və qadınlardan ibarət milli komandalarının “Baş Qlobal Enerji Sponsoru”  olacaq. 

Sazişi İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo və SOCAR-ın prezidenti Rövşən Nəcəf imzalayıb.