Məşhur türkiyəli müğənni Gülben Ergen Türkiyədə narkotik vasitələrin istifadəsi ilə bağlı aparılan istintaq prosesində tanınmış şəxslərin hədəfə alınmasını tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərək mediada ikili standartların tətbiq olunduğunu iddia edib.
G. Ergen hadisələrin mənbəyinin araşdırılmadığını vurğulayaraq, narkotik maddələrin haradan və kimdən əldə edildiyinin xəbərlərdə yer almamasına etiraz edib:
“Bunu kimdən əldə ediblər? Haradan əldə ediblər? Niyə bu, xəbər başlıqlarında izah edilmir? Söhbət həmişə məşhurlara şillə vurmaqdan gedir. Yalnız məşhur adların ön plana çıxarılması qərəzlidir”.
Son xəbərlər
Son Xəbərlər