“2026-2027-ci tədris ili üçün bakalavriat, magistratura, tibb təhsili və rezidentura üzrə ümumilikdə 38 mindən çox dövlət sifarişli yer müəyyən edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi təxminən 50 faizə yaxınlaşıb ki, bu də ölkə vətəndaşlarının pulsuz təhsil əlçatanlığının artırılmasına xidmət edir.
Elmi nəticələrin iqtisadiyyata tətbiqi üçün də stimullar genişləndirilir. 2027-ci ildən texnologiya parklarının rezidentləri üçün tətbiq olunacaq 20 illik vergi güzəştləri paketi elmi işləmələrin istehsala çevrilməsinə əlavə stimul verəcək. Vençur fondları və kraudfandinq üçün yaradılmış hüquqi çərçivə isə innovativ layihələrin investor kapitalı ilə maliyyələşdirilməsinə imkan verir”, - deyə nazir müavini qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər