Son dəfə mətbuat qarşısına çıxdı - Video

son-defe-metbuat-qarsisina-cixdi
Oxunma sayı: 543

Ağ Evin mətbuat katibi Kerolayn Levitt analıq məzuniyyətinə getməzdən əvvəl son mətbuat görüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, o, jurnalistlər qarşısında çıxış edərək, yaxın günlərdə ikinci övladını dünyaya gətirəcəyini açıqlayıb.

Ağ Ev qarşısında baş tutan görüş zamanı Levitt bildirib ki, bu, bir müddət üçün son çıxışı olacaq: “Gördüyünüz kimi, hər an uşaq sahibi olmağa hazıram. Sizi tezliklə yenidən görəcəyəm. Əminəm ki, Ağ Ev komandası etibarlı əllərdədir”.

Mətbuat katibinin çıxışı prezidentin xüsusi köməkçisi Marqo Martin tərəfindən qeydə alınıb və ictimaiyyətlə paylaşılıb.

Məlumatlara görə, Levittin məzuniyyəti dövründə Ağ Evdə mətbuat katibi vəzifəsini rəsmi olaraq heç kim icra etməyəcək. Bu müddətdə kommunikasiya işlərinə ABŞ Vitse-prezidenti Ceyms Devid Vens, Prezident Donald Tramp və komandanın digər üzvlərinin cəlb olunacağı bildirilir.