Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il oktyabrın 1-nə 89 milyard 380,7 milyon ABŞ dolları təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, strateji valyuta ehtiyatları illik müqayisədə 9,7% artıb.
Qeyd edək ki, 2026-cı il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib.
Son xəbərlər
Son Xəbərlər