Strateji valyuta ehtiyatlarımız 91 milyard dollara çatır

strateji-valyuta-ehtiyatlarimiz-91-milyard-dollara-catir
Oxunma sayı: 425

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 1-nə 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, strateji valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7% artıb.

2025-ci ilin yanvar-iyul ayına nisbətdə isə 12,2 % artım qeydə alınıb.