29 sentyabr–1 oktyabr tarixlərində keçiriləcək “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri öncəsi Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlərlə görüş zamanı sentyabrın 29-da Köndələn su anbarında təşkil olunacaq tədbir barədə məlumat verilib.
Qeyd olunub ki, Füzuli “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasiminə və ilk yarış gününə ev sahibliyi edəcək.
Saat 11:00-dan etibarən Köndələn su anbarında avarçəkənlərin nümunəvi çıxışları və maraqlı su şouları təşkil olunacaq. Eyni zamanda, uşaq və yeniyetmələr üçün müxtəlif viktorinalar və intellektual yarışmalar keçiriləcək, federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq. Füzuli sakinləri üçün həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı da yaradılacaq.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.
Sentyabrın 29-da Füzulidə açılış mərasimi və ilk yarışlar keçirildikdən sonra turnir sentyabrın 30-u və oktyabrın 1-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
***
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə 29 sentyabr–1 oktyabr tarixlərində keçiriləcək “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatma mərasimi baş tutub.
İştirakçı ölkələrin məşqçi heyətlərinin və hakimlərin qatıldığı püşkatma zamanı idmançıların yarış proqramına uyğun çıxış ardıcıllığı, həmçinin iştirak edəcəkləri məsafələr müəyyənləşdirilib.
Püşkatmaya əsasən turnirin ilk yarış günü sentyabrın 29-da Füzulidə, Köndələn su anbarında baş tutacaq. Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq. Sentyabrın 30-u və oktyabrın 1-də isə idmançılar Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə yarışacaqlar.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistanın da daxil olduğu 12 ölkədən 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.












Son xəbərlər
Son Xəbərlər