Azərbaycan Su İdmanı Federasiyası 7-10 noyabr tarixlərində Zəfər Gününə həsr olunan yelkən idmanı üzrə yarış keçirib.
“Qafqazinfo” xəbər verir ki, “Zəfər Kuboku”nda 20-dən çox idmançı 4 kateqoriya üzrə mübarizə aparıb.
Yarış iştirakçıları Optimist yeniyetmələr (Junior), Optimist ümumi kateqoriya, Optimist qızlar və ILCA 4 sinifləri üzrə qalibləri müəyyənləşdiriblər.
Mükafatçılara federasiya tərəfindən diplomlar təqdim edilib.
“Zəfər Kuboku” yarışının texniki nəticələri aşağıdakı kimidir:
Optimist yeniyetmələr (Junior)
1. Kamilla Həsənova
2. Gülnisə İsmayılova
3. Leyli Məmmədli
Optimist ümumi kateqoriya
1. Kamal Bəşirli
2. Amin Cəlilzadə
3. Nurlan Ağazadə
Optimist qızlar
1. Kamilla Həsənova
2. Səma Mansurzadə
3. Yağmur Həsənli
ILCA 4
1. Mikayıl Məmmədzadə







Son xəbərlər
Son Xəbərlər