Su problemi olan bu kəndə yeni xətt çəkilir - Fotolar

su-problemi-olan-bu-kende-yeni-xett-cekilir
Oxunma sayı: 721

Uzun müddətdir su problemi olan Qazax rayonunun Daş Salahlı kəndinə yeni su xətti çəkilir.

Bu barədə “Qafqazinfo”ya Regional Su Meliorasiya QSC-dən məlumat verilib.

Bildirilib ki, kəndi içməli su ilə təmin edən istismar müddəti bitmiş 14 kilometrlik dəmir boru kəməri 315 mm diametrli yeni polietilen borularla əvəzlənir.

“Bu işlərin görülməsi su təminatının yaxşılaşdırılması, xəttdə itkilərin azaldılması və suyun daha etibarlı şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin Abasbəyli gölündən çəkilən yeni kəmər minlərlə abonentin su təminatında mühüm əhəmiyyət kəsb edir”, - məlumatda vurğulanıb.