Sükan arxasında bir mesaj faciə gətirə bilər

sukan-arxasinda-bir-mesaj-facie-getire-biler
Oxunma sayı: 803

“Sükan arxasında mobil telefondan istifadə yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Bu davranış sürücünün diqqətini yayındırır, idarəetməni çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O, araşdırmalara əsasən deyib ki, nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə edən sürücülərin reaksiya müddəti azalır, məsafə və sürət qiymətləndirməsində səhvlər artır, qəfil yaranan təhlükələrə vaxtında reaksiya vermək mümkün olmur.

“Xüsusilə mesaj yazarkən və ya sosial şəbəkələrdən istifadə zamanı sürücünün diqqəti bir neçə saniyəlik yoldan yayınır ki, bu da nəqliyyat vasitəsinin nəzarətsiz qalmasına və ağır nəticələrə səbəb olur.

Sükan arxasında mobil telefondan istifadə yalnız inzibati məsuliyyət yaradan qayda pozuntusu deyil, eyni zamanda insan həyatı və sağlamlığı üçün real təhlükə mənbəyidir. Bu səbəbdən də sürücülərdən mobil telefondan istifadədən çəkinməyi, zərurət yarandıqda isə nəqliyyat vasitəsini təhlükəsiz yerdə saxladıqdan sonra telefondan istifadə etməyi tövsiyə edirik”.