Yanvarın 9-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində növbəti səyyar görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda Qızıldaş qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
40-a yaxın qəsəbə sakininin iştirak etdiyi qəbulda 8 nəfəri fərdi qaydada dinləyən RİH başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.
Başçı sakinlərin qaldırdığı məsələləri diqqətlə dinləyib, dərhal tədbirlər görərək problemlərin ən qısa zamanda aradan qaldırılmasına çalışıb.
Qeyd edək ki, Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər