“Sülhlə həll olmasa, Rusiya müharibəni davam etdirəcək”

sulhle-hell-olmasa-rusiya-muharibeni-davam-etdirecek
Oxunma sayı: 390

“Əgər problemin həlli sülh yolu ilə mümkün olmasa, Rusiya irəli sürdüyü məqsədlərə çatmaq üçün Ukraynada müharibəni davam etdirəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, bu bunu Kiyevin Moskvanın irəli sürdüyü şərtləri qəbul etməkdən imtina edəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı suala cavab olaraq söyləyib.

Peskov həmçinin bildirib ki, Moskvanın qiymətləndirməsinə görə, Rusiya qoşunları cəbhə xəttində çox yaxşı dinamika nümayiş etdirir:

“Moskva öz maraqlarını qorumaq üçün hər şeyi edəcək. Alyaska sammitindən sonra Moskvanın mövqeyi dəyişməyib. Üstəlik, Rusiya tərəfi həll yollarının axtarışında çeviklik göstərməyə hazırdır”.