Sultan Hacıyev Keniya Senatının sədri ilə görüşdü

sultan-haciyev-keniya-senatinin-sedri-ile-gorusdu
Oxunma sayı: 236

Bu gün Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniya Respublikası Senatının sədri Amason Jeffah Kingi arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda səfirlik məlumat yayıb.

Bildirilib ki, Sultan Hacıyev ötən dövr ərzində Azərbaycan və Keniya arasında münasibətlərin dinamik inkişafından söhbət açıb.

Keniya Senatında parlamentlərarası dostluq qrupunun, eyni zamanda, Azərbaycanın Milli Məclisində əlaqələr üzrə işçi qrupunun təsis olunmasını iki ölkə arasında münasibətlərində mühüm mərhələ olduğunu vurğulayıb.

Senatın sədri A. J. Kingi qanunverici orqanlar arasında əməkdaşlığın inkişaf tempindən razılıq ifadə edib. Keniya Prezidenti Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfərinin bu kontekstdə əhəmiyyətini qeyd edib. Əlavə edib ki, ikitərəfli iş birliyi ilə bərabər parlamentlərin beynəlxalq arenada, o cümlədən Qoşulmama Hərəkatı və Parlamentlərarası  İttifaq çərçivəsində səmərəli əməkdaşlığının inkişafı hər iki ölkənin maraqlarına xidmət edir.