Sumqayıt-Novxanı yolunda qəza - Piyada öldü

sumqayit-novxani-yolunda-qeza
Oxunma sayı: 1350

Dünən gecə Sumqayıt-Novxanı yolunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə saat 01:30 radələrində Saray qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Heybət Talıb oğlu Əliyev “Volkswagen” markalı avtomobillə yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Rəşid Zeydulla oğlu Fərzullayevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.