Sumqayıtda 1 nəfər dəm qazından boğuldu

sumqayitda-1-nefer-dem-qazindan-boguldu
Oxunma sayı: 426

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.